Rusiya qazı ilə problem yarananda Azərbaycan dəstək verdi

02.04.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Rusiya qazı ilə bağlı problem yarananda Azərbaycan dəstək verdi.

Bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.

Ştaynmayer deyib ki, Almaniya bu dəstəyə görə Azərbaycana təşəkkür edir.

Şadam ki, bu gün geniş fikir mübadiləsi apara bildik – Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Almaniya Prezidenti Azərbaycan dövlət başçısı ilə Berlində də görüşdüklərini xatırladıb: “Almanlar Azərbaycanda şərabçılılığın inkişafında, mis emalında, Azərbaycanın sənayeləşməsində iştirak ediblər. Yəni, münasibətlərimizin keçmişini bilmək vacibdir”.

Frank-Valter Ştaynmayerin sözlərinə görə, Azərbaycan gənclərinin Alimaniyada təhsil almağa böyük marağı onları şad edir.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью