Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "Qazprom" şirkəti fevralın 1-dən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə "Türk axını" vasitəsilə qaz tədarük etməyə başlayıb.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə SPP-nin rəhbəri Vojtech Ferencz bildirib.
Onun sözlərinə görə, aprel ayından qaz tədarükü iki dəfə artacaq. “Qazprom Export” ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.
"Biz onu (müqaviləni – red.) ləğv etmirik", - Vojtech Ferencz vurğulayıb.
Qeyd edək ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb.
Slovakiya da bu tranzit vasitəsi ilə qaz əlırdı. Xatırladaq ki, 1 dekabr 2024-cü il tarixindən SOCAR tərəfindən Slovakiyanın SPP şirkətinə q
Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir.