Rusiya qazına yeni müştəri çıxdı

14.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yaponiya Rusiya ilə birgə həyata keçirilən neft və qaz layihələrindəki iştirakını davam etdirir. Rəsmi Moskva tərəfindən verilən bu bəyanat Yaxın Şərqdə və Qırmızı dənizdə xüsusilə husilərin hücumları fonunda dəyişən qlobal enerji xəritəsinin bariz göstəricisidir.

“Yeni Sabah” xəbər verir ki, yazda Kuril adaları ətrafında yaşanan gərginliyə görə Rusiyaya rəsmi nota verən Tokio hökuməti üçün enerjidə Moskvadan asılılıq artıq seçim deyil, zərurət xarakteri almağa başlayıb. Hücumlar səbəbindən Körfəz neftindən və logistik marşrutlardan məhrum qalan Yaponiyanın yenidən Rusiya resurslarına yönəlməsi Kremlin enerji siyasətində manevr imkanlarını genişləndirib. Qərb sanksiyalarına rəğmən, Tokio Ukrayna müharibəsinə görə dayandırılması gündəmdə olan enerji layihələrini dondurmaqdan imtina etmək məcburiyyətində qalıb.

Eyni zamanda, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyanın neft-kimya zavodlarına və emal müəssisələrinə zərbələr endirməyi dayandırmaqla bağlı etdiyi son xəbərdarlıq da qlobal bazarlardakı yanacaq qıtlığı narahatlığından qaynaqlanır. pizza mizza

Analitiklər hesab edirlər ki, Qırmızı dənizdəki eskalasiya və qlobal bazarlarda yaranan yanacaq defisiti Rusiyanın enerji sektoruna vurulan zərbələrin təsirini azaldaraq Moskva üçün sanki bir "məlhəm" rolunu oynayır.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью