Rusiya qazını almaqda maraqlı olan dövlətlər var

09.01.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropada daha rəqabətqabiliyyətli Rusiya qazını almaqda maraqlı olan dövlətlər var.
Missiya.Az
xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun fikrincə, belə qazın tədarükü milli iqtisadiyyatı və ölkələrin iqtisadiyyatını daha rəqabətli edə bilər.

“Bu vəziyyətdən (Rusiya qazının tədarükünün dayandırılması – red.) benefisiar öz LNG tədarükünü daha yüksək qiymətlərlə artıran ABŞ-dir ”, - deyə Peskov brifinqdə qeyd edib.

Peskov vurğulayıb ki, bu, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini azaldır və həmçinin Avropa ölkələrinin sakinlərinə problemlər yaradır.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью