Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Aİ ölkələrinə tədarükünü tam şəkildə qadağan edən sənədi təsdiqləyib.
Moderator.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının bəyanatında bildirilib:
"Qeyd edilən tarixlərdən Rusiyanın boru kəməri və mayeləşdirilmiş qazının Aİ-yə idxalına icazə verilməyəcək. Mayeləşdirilmiş qazının tədarükünə 2027-ci ilin əvvəlindən, boru kəməri qazına isə 2027-ci il sentyabrın 30-dan etibarən tam qadağanı nəzərdə tutan qərar qüvvəyə minəcək".