Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu ilə bağlı xəbərlərdən narahatdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bunu Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Enerji infrastrukturuna hər hansı hücum narahatlıq doğurur. Bu barədə Ukrayna tərəfdən heç bir məlumat almamışıq.
Biz enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti nəzarətdə saxlayırıq”, - deyə Anna-Kaysa İtkonen vurğulayıb.
Bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Avropaya qaz tədarükünü dayandırmaq üçün “Türk axını” boru kəmərinin Krasnodarda yerləşən “Russkaya” kompressor stansiyasına doqquz PUA ilə hücum etdiyini bildirib.
Nazirliyin məlumatına görə, hücuma baxmayaraq, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Qara dənizdən keçən və Rusiyadan Türkiyəyə qaz tədarük edən “Türk axını” kəmərinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir.