Rusiya qazının kəsilməsinə görə ABŞ və onun tərəfdarları məsuliyyət daşıyırlar Zaxarova

02.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova, ABŞ, Kiyev administrasiyası və Amerika iqtisadiyyatını dəstəkləmək naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin Rusiyanın Avropaya təbii qaz nəqlinin dayandırılmasına görə məsuliyyət daşıdığını bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən Avropaya keçidinin dayandırıldığını xatırladıb.

“Qazprom”un müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Ukrayna hakimiyyətinin Rusiyadan Avropa ölkələrinin sakinlərinə təbii qaz nəqlini dayandırmaq qərarına gəldiyini vurğulayan Zaxarova, Rusiyanın enerji daşıyıcılarının kəsilməsinin həm Avropanın iqtisadi potensialını zəiflədəcəyini, həm də avropalıların həyat standartlarına mənfi təsir edəcəyini bildirib.

Zaxarova iddia edib ki, “Ukrayna böhranının əsas sponsoru olan ABŞ enerji bazarının yenidən bölüşdürülməsindən faydalanıb”. “Onların yırtıcı strategiyalarının ilk qurbanı artıq Avropanın ən böyük iqtisadiyyatı Almaniyaya çevrilib. Almaniya “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərinin partlamasından sonra təbii qazı xeyli baha qiymətə almaq məcburiyyətində qaldı, həmçinin Almaniyanın ən böyük və əfsanəvi sənayelərinin bir qismini bağlamağa başladı”, - deyə o qeyd edib.

Zaxarova bəyan edib ki, Avropa Birliyində əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil olan digər ölkələr indi Amerika himayədarlığının əziyyətini çəkməli olacaqlar. “Rusiyanın təbii qaz tədarükünün dayandırılmasına görə məsuliyyət tamamilə ABŞ, marionet Kiyev rejimi və Amerika iqtisadiyyatına maliyyə dəstəyi naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hökumətlərinin üzərinə düşür”, - deyə XİN nümayəndəsi qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью