Rusiya Qərb gərginliyi yerli iqtisadiyyata necə təsir edir? EKSPERT RƏYLƏRİ | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müasir dövrdə qlobal səviyyədə baş verən siyasi və iqtisadi qarşıdurmalar bir çox ölkələrin, o cümlədən Azərbaycanın da iqtisadi mühitinə birbaşa və dolayı təsirlər göstərir.
Xüsusilə Rusiya ilə Qərb arasında yaranan gərgin münasibətlər enerji bazarlarında qeyri-sabitliyə, ticarət axınlarında dəyişikliklərə və valyuta bazarlarında dalğalanmalara səbəb olur.
Dünya iqtisadiyyatının qarşılıqlı asılılıq şəraitində fəaliyyət göstərməsi, regional böhranların belə, yerli bazarlara sürətlə sirayət etməsinə gətirib çıxarır.
Neftin qiymətindəki dəyişikliklər, sanksiyaların genişlənməsi və geosiyasi risklərin artması ölkədaxili inflyasiya, idxal-ixrac balansı və investisiya mühitinə təsir edən əsas amillər kimi ön plana çıxır.
Bəs beynəlxalq iqtisadi gərginliklərin fonunda Azərbaycan iqtisadiyyatı bu dəyişikliklərə necə uyğunlaşır və hökumət hansı addımlarla daxili sabitliyi qorumağa çalışır?
SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov və iqtisadçı Toğrul Vəliyevin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Rusiya ilə Qərb arasındakı iqtisadi gərginlik həm yerli iqtisadiyyata, həm də Azərbaycanın və bütövlükdə regionun iqtisadi həyatına mənfi təsir göstərir.
Tam oxu
Xəbəri oxu