Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Rusiya Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə ölkə ilə "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (BMTK) üzrə sənədlər imzalamağa hazırlaşır. Bu barədə "RİA Novosti"yə Nəqliyyat Nazirliyindən bildirilib, lakin imzalanma müddəti dəqiqləşdirilməyib.
Qurumun məlumatına görə, Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri bu marşrutla daşımalara maraq göstəriblər. Nazirlikdən əlavə edilib ki, hazırda Pakistan istiqamətində, eləcə də Əfqanıstan vasitəsilə Transağanıstan dəmir yolu layihəsi ilə əlaqəli marşrutlar üzərində iş aparılır.
"Şimal–Cənub" BMTK Sankt-Peterburqdan Hindistanın Mumbay limanına qədər uzanır və onun uzunluğu 7,2 min km təşkil edir. BMTK-nın üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb və şərq (quru) marşrutları. 2023-cü ilin may ayında Rusiya və İran qərb marşrutundakı dəmir yolunun sonuncu hissəsinin tikintisinin başa çatdırılmasını razılaşdırıblar. Layihə 1,6 milyard avro dəyərində qiymətləndirilirdi ki, bunun da 1,3 milyard avrosunu Rusiya kredit şəklində ayırıb. Bütövlükdə, BMTK-nın qərb marşrutu Rusiya – Azərbaycan – İran – Fars körfəzi – Hindistan istiqamətində keçir.
XQ