“Rusiya Qırğızıstanın KTMT yə sədrliyinə kömək etməyə hazırdır” Lavrov

22.01.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə Qırğızıstana bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qırğız həmkarı Jeenbek Kulubayevlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu il Qırğızıstan dostlarımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edirlər və mən Jeenbek Kulubayevə bu kontekstdə Bişkekin planları və prioritetləri haqqında ətraflı brifinq verdiyinə görə minnətdaram”,- deyə Lavrov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью