Rusiya qırıcıları Hələbə zərbələr endirdi

30.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Suriyanın qırıcıları Hələb və ətrafında “Həyat Təhrir əş-Şam” üsyançı qrupunun mövqelərinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya hərbçiləri Hələb və İdlib vilayətlərində döyüşçülərə zərbələr endirdiklərini təsdiqləyiblər.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Rusiya növbəti 72 saat ərzində əlavə yardım göndərməklə Dəməşqə hərbi dəstəyini gücləndirəcəyinə söz verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью