Rusiya qırıcıları Polşanın hava məkanına daxil olub

17.01.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Çoxlu sayda Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub. Bundan sonra NATO Norveçin Polşada yerləşdirilən iki “F-35” qırıcısını havaya qaldırıb.
Reyting.az
-ın məlumatına görə, qırıcılara Polşa hava sahəsini qorumaq əmri verilib.
NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabındakı paylaşımda bildirilir ki, yanvarın 15-də çoxlu sayda Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub. Buna cavab olaraq iki “F-35” qırıcısı havaya qaldırılıb.
Məlumatda qeyd olunur ki, Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq, müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdiriblər.
ELÇİN

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью