Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən Aqarak sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistanın sərhəd qoşunları həyata keçirəcək.
O, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.