Rusiya qoşunları strateji əhəmiyyətli şəhərə girdi

23.06.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya ordusu Ukraynanın işğal altındakı Donbas bölgəsinə tam nəzarəti təmin etməyə imkan verəcək strataeji əhəmiyyətli Konstantinovka şəhərinə daxil olub və şəhəri nəzarətə götürməyə çalışır.

Ölkə.az “The Telegraph”a istinadən xəbər verir ki, Ukrayna əsgərləri bütün şəhərin faktiki olaraq “boz zonada” olduğunu və artıq heç bir tərəfin nəzarətində olmadığını bildiriblər.

Bu arada, Rusiya Müdafiə Nazirliyi şəhərin cənub-qərbində əməliyyatları gücləndirdiklərini və iddialara görə Ukrayna bölmələrini mühasirəyə aldıqlarını açıqlayıb.

Nəşr yazıb ki, Moskvanın Konstantinovkanı nəzarətə götürməsi Donetsk bölgəsindəki son əsas qalaları olan Kramatorsk və Slavyanskanı ələ keçirməyə yol aça bilər.

Ukrayna ordusunun hərbçiləri BBC-yə bildirib ki, Kostantinovkaya girən Rusiya qoşunlarını şəhərdən çıxarmaq olduqca çətindir.

 “The Telegraph”ın yazdığına görə, ruslar 2025-ci ildə Pokrovsk şəhərini ələ keçirmək üçün istifadə edilənə bənzər strategiya tətbiq edir və şəhəri mühasirəyə almaq və təchizat yollarını kəsmək üçün cinahlar boyunca irəliləməyə başlayıblar.

Buna baxmayaraq Kiyev Kostantinovkanın mühasirəyə alınması barədəki xəbərləri rədd edir.

York Universitetinin Rusiya tarixi üzrə eksperti Şeyn O'Rurk  bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin Donetskin qalan hissəsini ələ keçirsə, bu, ona bir növ qələbə üçün yalançı bəhanə verəcək.

“Rusların şəhərlərin süqutunu əslində baş verməzdən çox əvvəl elan etmək vərdişi var və bəzi hallarda bu, demək olar ki, bir rituala çevrilib”, - o bildirib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью