Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi

10.12.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Rusiya qoşunları Suriyanın şimalında yerləşən bazalarını tərk edib.

Gununsesi.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.

Nəşr qeyd edir ki, söhbət Menbiç və Kobanidəki iki hərbi obyektdən gedir.

“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, – nəşr yazır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью