Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı aviabazasından qoşunlarını tədricən çıxarmağa başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Suriyadakı beş mənbəyə istinadla məlumat yayıb.
Xatırladaq ki, Rusiya qoşunları həmin bazaya 2019-cu ildə yerləşdirilmişdi.
Agentliyin mənbələri bildirir ki, geri çəkilmə ötən həftə başlayıb. Bəzi bölmələr Xmeymim aviabazasına köçürülür, digərləri isə Rusiyaya qayıdır.
Suriya təhlükəsizlik mənbəyi bildirib ki, son iki gündə Rusiya hərbi texnikası da Qamışlıdan Xmeymim şəhərinə köçürülüb.
Eyni zamanda, agentlik qeyd edir ki, Rusiya bayraqları Qamışlı hava limanı üzərində dalğalanmağa davam edir və Rusiya nişanları olan iki təyyarə uçuş-enmə zolağındadır.
V. QULİYEV