Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb

13.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Rovnopol yaşayış məntəqəsini ələ keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun “Vostok” qoşun qruplaşmasının bölmələri "Donetsk Xalq Respublikası" (Ukraynanın Donetsk vilayəti-red) Rovnopolyaşayış məntəqəsi nəzarətə götürülüb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin gündəlik itkiləri 150 nəfərə qədər olub.

Rusiya MN-nin xüsusi hərbi əməliyyatla bağlı bugünkü hesabatımda bildirilib ki, Rusiya hərbçiləri son sutka ərzində Ukraynanın hərbi aerodromlarına, hərbi-sənaye kompleksinin fəaliyyəti üçün istifadə olunan enerji obyektlərinə, 139 rayonda canlı qüvvə və hərbi texnikanın cəmləşməşdiyi yerlərə zərbələr endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью