Rusiya qüvvələri Ukraynada irəliləyirlər

03.12.2025

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, "DeepState" analitik layihəsi Rusiya qüvvələrinin Ukraynanın şərqində və cənubunda yeni-yeni əraziləri ələ keçirdiyini bəyan edib. Layihənin məlumatına görə, Rusiya hərbçiləri Balaqan, Sladkoye və Zatişye yaşayış məntəqələrini ələ keçiriblər.
Rusiyanın ordu bölmələrinin Pokrovskda, Novoekonomiçni və Qulyaypolya rayonlarında irəliləyişləri də qeyd edilir. Analitiklərin hesablamalarına görə, noyabr ayında Rusiya qüvvələri 505 kvadrat kilometrə yaxın Ukrayna ərazisini işğal ediblər. İrəliləmələrin 40 faizə qədəri Zaporojye vilayətindəki Qulyaypolya rayonunun ərazisinə düşür.
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью