Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya qüvvələri Kiyevdəki "Flamingo" uzaqmənzilli yerüstü raketləri üçün idarəetmə sistemləri istehsal edən "Radionix" radioelektronika müəssisəsinə uzaqmənzilli dəqiq idarə olunan silahlardan istifadə edərək genişmiqyaslı zərbə endirib”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Kiyevdə yerləşən yığım və komponentlər üzrə ixtisaslaşmış radioelektronika sənayesi müəssisəsi olan “Radionix” MMC artıq vurulub. Belə ki, bu müəssisə "Flamingo" yerdən buraxılan uzun mənzilli qanadlı raketlər, "Fire Point-7" və "-9" əməliyyat-taktiki raketlər, "Neptun-MD" idarə olunan raketlər və yer-hava idarə olunan raketlər ("Clone" layihəsi) üçün buraxılış sistemləri istehsal edən əsas istehsal müəssisəsi kimi fəliyyət göstərir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, zərbə Kiyev rejiminin Rusiya ərazisindəki mülki infrastruktura qarşı həyata keçirdiyi terror hücumlarına cavab olaraq endirilib.
Hücum zamanı Kiyev və Kiyev vilayətindəki yanacaq-energetika obyektləri, həmçinin Dnepropetrovsk, Poltava, Çerkassı, Çerniqov və Kiyev vilayətlərindəki hərbi aerodromlar da hədəf alınıb.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin