Rusiya raketi ABŞ şirkətinə məxsus müəssisəyə düşdü

21.08.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Rusiya Ukraynaya hava hücumu həyata keçirib, zərbələrdən biri ABŞ-yə məxsus "Fleks Ukrayna" elektronika zavoduna düşüb.

Milli.Az xəbər verir ki, Ukrayna XİN başçısının müavini Andrey Sibiqa bildirib ki, hücum nəticəsində ciddi dağıntı və insan tələfatı qeydə alınıb. Onun sözlərinə görə, zərbə hərbi obyektə deyil, mülki infrastruktura yönəlib və bu, ABŞ müəssisələrinə qarşı artan hücumların davamıdır.

Zavod "Flextronics" beynəlxalq şirkətinə məxsusdur və Mukaçevoda yerləşir.

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью