Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Sakit və Şimal Buzli okeanlarında, Baltik və Xəzər dənizlərində hərbi təlimlərə başlayıb Rusiya 150-dən çox gəmi və 15 min hərbçinin iştirak etdiyi genişmiqyaslı dəniz təlimlərinə başlayıb.
Təlimlər Sakit və Şimal Buzlu okeanlarda, həmçinin Baltik və Xəzər dənizlərində baş tutacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.
Nazirlikdən verilən məlumata görə, iyulun 23-dən 27-dək keçiriləcək “İyul tufanı” adlanan təlimlərdə donanmanın qeyri-standart əməliyyatlar həyata keçirməyə, uzaqmənzilli silahlardan və digər qabaqcıl texnologiyalardan, o cümlədən pilotsuz sistemlərdən istifadəyə hazırlığı yoxlanılacaq.
“Dənizdə gəmilərin ekipajları döyüş zonalarına daxil olmaq, sualtı qayıqlara qarşı müdafiəni həyata keçirmək, baza ərazilərinin müdafiəsi və təsərrüfat işləri üzrə məşq edəcək”, - nazirlikdən bildiriblər.
Həmçinin “düşmənin hava hücumu vasitələrinin, pilotsuz katerlərin və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi, naviqasiya təhlükəsizliyinin təmin edilməsi, düşmən hədəflərinə və dəniz qruplarına zərbələrin endirilməsi” məsələləri də işlənəcək.
Nazirlikdən bildirilib ki, təlimlərdə 120-dən çox təyyarə və 10 sahil raket kompleksi iştirak edəcək.
Təlimlərə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyev rəhbərlik edəcək.