Rusiya sanksiyalarla kreativ mübarizə aparır Kallas

20.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Avropa Birliyinin (AB) neft sanksiyalarına çox yaradıcı şəkildə müqavimət göstərir və buna görə də AB Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaların tətbiqini sürətləndirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə AB xarici işlər naziri Kaya Kallas deyib.

"Rusiya sanksiyalardan yayınmaqda çox kreativdir. Biz də eyni dərəcədə yaradıcı davranmalıyıq", - deyə o, AB ölkələrinin xarici işlər nazirlərinin görüşünün ardınca keçirilən mətbuat konfransında bildirib.

"Biz AB ölkələri və Avropa Komissiyası ilə “kölgə donanması”na qarşı daha tez sanksiyaların tətbiq edilməsi imkanlarını müzakirə edirik. Əksər nazirlər bu yanaşma ilə razıdırlar. AB növbəti sanksiya mərhələsini gözləmədən daha tez sanksiyalar tətbiq etməlidir. Biz bunun üzərində işləməyə davam edəcəyik", - deyə Kallas vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью