Rusiya səfiri: Ermənistan eyni anda həm Aİİ, həm də Aİ nin üzvü ola bilməz

05.03.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü ola bilməz.

APA xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “24News”a müsahibəsində bildirib.

“Rusiya tərəfi öz mövqeyini açıq şəkildə ifadə edib: ya Aİ, ya da Aİİ hər ikisində olmaq mümkün deyil. Və bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıq məsələsidir”, - səfir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью