Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif “Ermənistan” fraksiyasının deputatları ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Beşinci kanal”ı məlumat yayıb.
Görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin Ermənistan məhsullarının Rusiya bazarına çıxarılması zamanı tətbiq edilən məhdudiyyətlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün digər təfərrüatları açıqlanmayıb.