Rusiya səfiri hələ də Dəməşqdədir

16.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Rusiyanın Suriyadakı səfiri Aleksandr Efimov Dəməşqdə qalıb və işini davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya səfirliyindən bildirilib.
“Səfir yerindədir”, - deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət Departamenti və Böhran Mərkəzi Rusiya xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsinin Dəməşqdən təxliyəsi barədə məlumat yayıb . Onlar səfirliyin işinin davam etdiyini bəyan ediblər.
Xatırladaq ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya üz tutub və Rusiyadan siyasi sığınacaq alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью