Rusiya səfiri İsveç XİN ə çağırıldı Stokholmun mövqeyi

26.11.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsveç Xarici İşlər Nazirliyi (XİN) Polşanın hava məkanının pozulması və Danimarka ərazisində qətlə hazırlıq ittihamları ilə əlaqədar noyabrın 26-da Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevi nazirliyə çağırıb.

"AzPolitika" xəbər verir ki, İsveç XİN-in yaydığı bəyanatda qeyd olunur ki, görüş zamanı rusiyalı diplomata noyabrın 20-də Polşanın hava məkanının pozulması hadisəsinə dair Stokholmun mövqeyi çatdırılıb. 

Bundan başqa, İsveç tərəfi Kopenhagenin Rusiyanı ittiham etdiyi məsələyə -Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsdin hazırlanması planlarına kəskin etirazını ifadə edib. 

Məsələ ilə bağlı açıqlama verən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard müttəfiqlərlə tam həmrəy olduqlarını vurğulayıb: 

"İsveç müttəfiqlərimiz Polşa və Danimarkaya tam dəstək verir. Rusiyanın Avropanı bölmək və Ukraynaya dəstəyi sarsıtmaq cəhdləri uğurla nəticələnməyəcək. Biz əsas xarici siyasət prioritetimiz olan Ukraynanı dəstəkləməyə davam edirik". 

Görüşdə həmçinin İsveç, Avropa İttifaqı və NATO-nun Ukraynaya yardımları davam etdirmək əzmi bir daha təsdiqlənib.Rusiyanın İsveçdəki səfirliyi isə səsləndirilən ittihamları qəbul etməyərək, Moskvanın Polşanın hava məkanının pozulmasında və ya Danimarka ərazisindəki qanunsuz fəaliyyətlərdə əli olduğuna dair inandırıcı sübutların təqdim olunmadığını bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью