Rusiya səfiri Moldova XİNə çağırıldı

11.11.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov ölkəyə məxsus iki pilotsuz təyyarənin respublikada düşməsi ilə bağlı Kişinyovun iddialarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya səfiri bazar günü respublikanın şimalında və cənubunda iki pilotsuz təyyarənin düşməsi ilə əlaqədar çərşənbə axşamı saat 10.00-da Xarici İşlər Nazirliyinə çağırılıb”, - Moldova XİN-dən bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью