Rusiya səfiri Monteneqro XİN ə çağırılıb

18.11.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Rəsmi Podqoritsa diplomatın ölkənin işlərinə qəbuledilməz müdaxiləsinə etiraz edib

Rusiyanın Podqoritsadakı səfiri Aleksandr Lukaşik hakimiyyət orqanlarının "ölkənin işlərinə qəbuledilməz müdaxilə" kimi təsnif etdiyi açıqlamalara görə Monteneqro Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

XİN rusiyalı diplomatın parlamentin ölkənin silahlı qüvvələrini NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Mexanizminə (NSATU) daxil etmək qərarına verdiyi qiymət və Prezident Yakov Milatoviçin Fransanın "La Croix" qəzetinə verdiyi müsahibə ilə bağlı şərhlərini qeyd edib.

"Son yersiz açıqlamalar Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilənin bariz nümunəsidir. Monteneqro heç kimin öz qurumlarının ləyaqətini alçaltmasına imkan verməyəcək", - deyə bəyanatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью