Rusiya səfirliyinin binasında yanğın VİDEO

27.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Uruqvayın paytaxtı Montevideoda Rusiya səfirliyinin binasında yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Telenoche” telekanalı məlumat yayıb.

“Yanğınsöndürənlər sürətlə hadisə yerinə gəliblər. Səfirlik binasının hava kanalından qalın tüstü qalxmağa başlayıb. Xilasedicilər xüsusi avadanlıqdan istifadə edərək qoruyucu barmaqlığı kəsməyə məcbur olublar. Onlar mişardan istifadə ediblər”, – deyə bildirilib.

Yanğının səbəbi və zərərçəkənlərin sayı açıqlanmır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью