Rusiya səfirliyinin əməkdaşı Almaniyadan çıxarılacaq

22.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya Rusiyanın Berlindəki səfirliyinin hərbi attaşesinin müavinini ölkədən çıxarır.

Bakıvaxtı.az "Der Spiegel"ə istinadən xəbər verir ki, o, Rusiya Məxfi Xidmətinə casusluqda şübhəli bilinir.

"Rusiya Məxfi Xidmətinə casusluqda şübhəli bilinən bir qadının həbsindən sonra onun işi ilə məşğul olan və özünü diplomat kimi təqdim edən əməkdaş Almaniyanı dərhal tərk etməlidir", - məlumatda bildirilir.

Qeyd olunur ki, o, 72 saat ərzində ölkəni tərk etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью