Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI

09.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loqinov güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Agentliyin bildirilib ki, mer rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan mer Moskvaya göndəriləcək. Onun barəsində hansı qətimkan tədbirinin seçilməsinə paytaxtda qərar veriləcək.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 57 yaşlı V.Loqinov 2022-ci ildən Krasnoyarskın meri vəzifəsini tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью