Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib

10.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 9-dan 10-na keçən gecə Rusiya səması üzərində Ukraynaya məxsus 40 pilotsuz uçuş aparatı (PUA) vurulub.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin PUA-lardan 16 ədədi Rostov səması üzərində zərərsizləşdirilib:

“Bununla yanaşı, 4 ədəd pilotsuz uçuş aparatı Kurs və Voronej, 3 ədədi Bryansk, 2 ədəd PUA Krasnodar diyarı, 1 ədədi isə Belqorod vilayətində zərərsizləşdirilib. Eyni zamanda 10 ədəd analoji cihaz Azov dənizi akvatoriyasında sıradan çıxarılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью