Rusiya səmasında 300 dən çox PUA vuruldu

08.06.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk və Oryol vilayətləri üzərində Ukraynaya məxsus 32 PUA-nı vurub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Moskva vaxtı ilə saat 20:00-dan 23:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 32 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - nazirlikdən bildirilib. 27 PUA-nın Kursk vilayətində, daha beşinin isə Oryol vilayətində vurulduğu bildirilir. Nazirlik hücum nəticəsində həlak olanlar barədə məlumat verməyib. Ümumilikdə, son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 300-dən çox PUA-nı vurub. Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin (UAF) 4 pilotsuz kateri də məhv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью