Rusiya səmasında 4 PUA vurulub

13.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Vladimir vilayətinin ərazisi üzərində Ukraynaya məxsus 4 pilotsuz təyyarəni məhv edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Dekabrın 13-də Ukrayna ordusu Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçan aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. 

Ukraynanın pilotsuz uçuş aparatları Vladimir vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə nazirlikdən bildirib.

Həsən Məmmədov 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью