Rusiya səmasında avqustun 13 nə keçən gecə 362 dron vurulub

13.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva, 13 avqust, AZƏRTAC

Avqustun 13-nə keçən gecə RF hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları, həmçinin Qara və Azov dənizləri üzərində 362 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC xəbər verir ki, Başqırdıstanın Salavat şəhərindəki sənaye zonasına 20-dən çox dron hücum edib. PUA-ların bəziləri vurulub, qalanları isə respublikanın Çişminski rayonundakı anbar kompleksinə dəyib.

Hava hücumu nəticəsində “Wildberries” obyektinin yerləşdiyi sənaye zonasında yanğın baş verib. Tələfat və dəymiş ziyan barədə məlumatlar dəqiqləşdirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью