Rusiya səmasında bir gecədə 112 pilotsuz təyyarə vurulub

23.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiyada ötən gecə saat 20:00-dan etibarən növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 112 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"PUA"lar Moskva, Kursk, Oryol, Tula, Bryansk, Ryazan, Kaluqa, Belqorod, İvanovo, Vladimir, Voronej, Lipetsk vilayətləri və Krım üzərində vurulub.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью