Rusiya səmasında gecə həyəcanı: 344 Ukrayna dronu məhv edilib

19.09.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif bölgələri və Qara dəniz üzərində 344 Ukrayna pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat “Interfax” tərəfindən də dərc olunub.

Nazirliyin açıqlamasına görə, PUA-lar Leninqrad, Novqorod, Bryansk, Kursk, Belqorod, Orel, Kaluqa, Tula, Ryazan, Lipetsk, Vladimir və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu, Yamalo-Nenets Muxtar Dairəsi və Dağıstan üzərində, həmçinin Qara dəniz akvatoriyasında vurulub.

Rusiya tərəfinin yaydığı məlumata görə, söhbət təyyarə tipli pilotsuz uçuş aparatlarından gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью