“Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılacaq”

26.11.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Nikol Paşinyan: "Bu müddət ərzində Ermənistan sərhədlərində olduqları üçün Rusiya sərhədçilərinə minnətdarıq”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti yaxın illərdə Ermənistandakı fəaliyyətini tamamilə dayandıracaq. AYNA.AZ-ın erməni mediasına istinadən məlumatına görə, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə deyib.

"Bu müddət ərzində Ermənistan sərhədlərində olduqları üçün Rusiya sərhədçilərinə minnətdarıq. Amma inanıram ki, yaxın illərdə sərhədlərimiz üçün tam məsuliyyəti öz üzərimizə götürməyin vaxtı gəlib çatıb", - deyə Paşinyan bildirib.

1 avqust 2024-cü ildə Rusiya FSB Sərhəd Xidmətinin nümayəndələri Yerevanın Zvartnots Beynəlxalq Hava Limanında xidmətlərini başa vurublar.

2025-ci ilin yanvar ayından etibarən Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki Aqarak keçid məntəqəsində, həmin ilin fevral ayından isə Ermənistanla Türkiyə arasındakı keçid məntəqəsində xidmətini dayandırıblar.

Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birlikdə 1992-ci il müqaviləsinə əsasən respublikanın Türkiyə və İranla sərhədlərini qoruyurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью