“Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması real görünmür” ŞƏRH

05.11.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“ABŞ üçün ən uyğun variant Tramp marşrutu fəaliyyətə başlayarkən ərazidə Rusiya sərhədçilərinin olmaması, həmçinin İranın, Avropa İttifaqının və digər güclərin təsir imkanlarının məhdudlaşdırılmasıdır”.

Bu fikirləri Gununesi.info -ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Bununla belə, Ermənistanın Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı bəyanatlarına nikbin yanaşmaq düzgün olmazdı. Çünki hazırda Rusiya hərbçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyurlar. Ermənistan bu məsələni təkbaşına həll etmək imkanına malik deyil.

Bunun üçün ilk növbədə Rusiya ilə ABŞ arasında razılaşma əldə olunmalıdır. Ehtimal ki, Rusiya ilə qarşıdurmanın yaranmaması üçün ona marşrutda müəyyən rol verilə və maraqları nəzərə alına bilər. Bu halda ABŞ şirkətinin marşrutda rahat fəaliyyət göstərməsi mümkün olar.

Ona görə də Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı səsləndirilən fikirlərə hələlik ehtiyatla yanaşmaq lazımdır. Hazırda Rusiya hərbçilərinin Ermənistan sərhədlərindən çıxarılacağına dair konkret əlamətlər görünmür”.

Şəbnəm

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью