Rusiya sərhədləri yaxınlığında NATOnun iki həftəlik təlimləri başlayır

02.12.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Estoniyada NATO hərbçilərinin iştirakı ilə “Pikne” təlimi başlayır.

Azpost.info xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.

Fransa, Böyük Britaniya və Estoniyadan olan hərbi qulluqçular qüvvələrin sürətlə ötürülməsini təcrübədən keçirəcək və əməkdaşlığı gücləndirəcək.

Manevrlərdə Estoniyanın özündən, həmçinin ABŞ, Fransa, Latviya və Böyük Britaniyadan iki minə yaxın hərbçi iştirak edəcək. Əsas təlimlər ölkənin şimal və şimal-şərq bölgələrində baş tutacaq. Təlimlərdə NATO-nun respublikadakı döyüş qrupu, Estoniya Müdafiə Qüvvələrinin dəniz, hava və quru bölmələri iştirak edəcək.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью