Rusiya sığorta pulu ilə özünü gözdən salır, ya gözdən kompensasiya pərdəsi asır? | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya XİN deyir ki, AZAL-ın təyyarəsinə dəyən zərərin qarşılığında Azərbaycan dövlətinin tələb etdiyi kompensasiya ödənilib.
Bəllidir ki, söhbət 2024-cü ilin dekabrın 25-də qəzaya uğramış AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190" tipli təyyarədən gedir.
Bu açıqlamanı oxuyan vətəndaş da elə başa düşür ki, artıq məsələ həll edilib, Rusiya öz öhdəsinə düşəni yerinə yetirib, yəni ruslar demiş, "все".
Azərbaycan tərəfi də açıqlamada da deyilənlərlə olduğu kimi razılaşmalıdır.
Lakin tövsiyə olunur ki, bu məqaləni hamı, ələlxüsus yuxarıdakı iki abzasda bəhs edilən tərəflər - Rusiya XİN və onun dediklərini olduğu kimi başa düşənlər sonadək oxusunlar.
Beynəlxalq aviasiya qanunvericiliyinə əsasən, sərnişinlərin həyat və sağlamlığı, eləcə də, təyyarəyə dəyən zərərlərin ödənilməsi məqsədilə müvafiq sığorta müqavilələrinin bağlanması məcburidir.
Bu mexanizm həm aviaşirkətləri qəfil və yüksək həcmli maliyyə itkilərindən qoruyur, həm də sərnişinlərin hüquqlarının təmin olunmasına xidmət edir.
Tam oxu
Xəbəri oxu