Rusiya silah istehsalını artırıb

01.08.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xüsusi hərbi əməliyyat başlayandan bəri silah, hərbi texnika və xüsusi təyinatlı avadanlıqların tədarük həcmi 5 dəfə, döyüş sursatı təchizatı isə 12 dəfə artıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Sançikin bəyan edib.

Qeyd edib ki, Rusiyanın ən sərt sanksiyalarla üzləşməsinə baxmayaraq, ölkənin hərbi sənaye kompleksləri qoşunların silah və sursatla tələbatını tam şəkildə təmin edir.

Bildirib ki, hazırda istehsal gücünü artırmaq məqsədilə Rusiya Müdafiə Nazirliyi daha üç təmir zavodu inşa edib: 

“Nəticədə isə bu, hərbi texnikaların bərpası müddətini azaltmağa və əsaslı təmir xərclərinə 15 %-dək qənaət etməyə imkan verib”.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью