Rusiya silahlarını dəyişir: Hindistan və Çindən daha çox komponent alır

08.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) altı növ Rusiya silahında istifadə edilən 200-ə yaxın yeni komponentin təhlilini dərc edib. Onların arasında “Shahed CRP” antenası, Şimali Koreyanın “KN-24” raketi, “Kinzhal” raket idarəetmə bloku, həmçinin “Supercam S350”, “Gerbera” və “Zala” pilotsuz təyyarələri var.

Bizimyol.info xəbər verir ki, məlumat "War&Sanctions" platformasında dərc edilib.

BKİ qeyd edir ki, yeni "Gerani-2" CRP antenalarında hissələrin əksəriyyəti Çin istehsalıdır və Texas Instruments və Linear Technologies mikrosxemləri nə aid olan cəmi iki Qərb istehsalı hissəsi var. Siqnal filtrindən məsul olan əsas antenna çipi Pekin Mikroelektronika Texnologiya İnstitutu tərəfindən Çində hazırlanır.

İlk dəfə Rusiya silahında Hindistandan bir komponent aşkar edilib. Bu, "Aura Semiconductor" saat tamponudur. Yeni tapıntılar arasında, ehtimal ki, Çin mənşəli olan, lakin hələ dəqiqliklə müəyyən edilməmiş hissələr var.

Kəşfiyyat hesab edir ki, Rusiya Qərbdən asılılığını azaltmaq üçün qəsdən sanksiyaları dəstəkləməyən ölkələrin komponentlərinə keçib.

Hazırda "War&Sanctions" tərəfindən bazasında Ukraynaya qarşı istifadə edilən 164 silah nümunəsində aşkar edilmiş 4672 unikal hissə qeydə alındığı bildirilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью