Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya "Şimal Axını 2" qaz kəmərinin partladılmasının arxasında yalnız ukraynalıların dayandığı versiyasına inanmayacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya "Şimal Axını 2"nin partladılması ilə bağlı ədalətli və açıq araşdırma tələb edir.