Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və ABŞ-ın yüksək vəzifəli nümayəndələri “Şimal axını” qaz kəmərlərinə amerikalı investorun cəlb olunması imkanını müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
“Danışıqlarda, xüsusilə, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak edib. Qaz kəməri məsələsinin nə dərəcədə ətraflı müzakirə olunduğu hələlik məlum deyil, lakin bu, gündəmdə qalır”, - mənbə bildirib.
Qeyd edək ki, “Şimal axını-2” layihəsinə amerikalı investorun cəlb edilməsi ideyası daha əvvəl də səsləndirilib. Hətta 2024-cü ildə iş adamı Stiven Linç ABŞ-dan ona qaz kəmərinin mümkün satış hərracında iştirak etməyə icazə verməsini təklif etmişdi.