Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, bu barədə “The Times” Ukrayna hərbi kəşfiyyatına istinadən məlumat yayıb.
“Rusiya həmçinin 90 nəfərə qədər şəxsi heyət və 30 000-50 000 əsgərin müşayiəti ilə altı Şimali Koreya raket buraxıcısı almaq istəyir”, - nəşr yazıb.
Kral Birləşmiş Xidmətlər İnstitutunun Rusiya və Şimali Koreya üzrə eksperti Samuel Ramani hesab edir ki, bu, Ukraynanın onsuz da zəifləmiş hava hücumundan müdafiə sisteminə daha bir təzyiqdir. “Hazırda Şimali Koreyanın Rusiyaya yardım baxımından təsiri, 2024-2025-ci illərdə olduğundan daha çox hiss olunur”, - ekspert bildirib.
Oksford Universitetinin Şimali Koreya üzrə eksperti Edvard Hauellin qeyd etdiyi kimi, əvvəllər bir çoxları Rusiya ilə Şimali Koreya arasındakı münasibətləri sırf praqmatik hesab etsə də, indi bu dövlətlər əsl müttəfiqdirlər. “Bu iki ölkə arasındakı münasibətlər strateji və uzunmüddətli xarakter almaqdadır.
Şimali Koreya, əslində, Rusiyanı Pxenyanın dəyərini tanımağa məcbur etməkdə uğur qazanıb. Bu, Şimali Koreyanın faktiki olaraq Moskva və Pekindən asılı olduğu “soyuq müharibə” dövründə gördüyümüzdən köklü bir dönüşdür”, - ekspert vurğulayıb.
Cənubi Koreyanın Mərkəzi Bankının məlumatına görə, Şimali Koreyanın ÜDM-i 2023-cü ildən etibarən ildə 3%-dən çox artacaq və bu, istənilən G7 ölkəsini geridə qoyacaq.
Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş rəsmisi və Şimali Koreya üzrə ekspert Viktor Ça isə bir müddət əvvəl deyib ki, Şimali Koreya lideri Kim Çen Inın pandemiyadan sonra ümid edə biləcəyi ən böyük hədiyyə Rusiyanın Ukraynadakı müharibəsi idi.
O həmçinin qeyd edib ki, bundan əlavə, Rusiyanın Kursk bölgəsində Ukrayna qoşunlarına qarşı hərbi əməliyyatlar zamanı Şimali Koreya qoşunları, xüsusən də dronlardan istifadə sahəsində mühüm döyüş təcrübəsi əldə ediblər.
“Reuters”in məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çon Rusiyaya 50 000-dək əsgər göndərməyi planlaşdırdıqları barədə iddiaları təkzib edib.
Mürtəza