Rusiya ŞOKDA qızıl ehtiyatları minimuma enib...

21.07.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ən aşağı göstəricidir. "Kommersant" nəşrinin yazdığına görə, bu barədə tənzimləyici qurumun dərc etdiyi hesabatda bildirilir.

İki ay ərzində - may və iyun aylarında qızıl ehtiyatı yarım milyon unsiya azalıb: mayın 1-dəki 73.9 milyondan iyulun 1-də 73.4 milyona enib. İyun ayında azalma 300 000 unsiya təşkil edib ki, bu da 2026-cı il boyunca ehtiyatların azalması meylinə uyğundur. Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına əsasən, ilin əvvəlindən Mərkəzi Bank 34 ton qızıl realizə edib (o cümlədən may ayında 6 ton) və bu göstərici ilə Rusiya dünya mərkəzi bankları arasında satış həcminə görə lider olub.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью