Rusiya: Son 10 ildə müşahidə etdiyimiz qloballaşma modeli sona çatdı

30.01.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezident Administrasiyasının rəis müavini Maksim Oreşkin G7 ölkələrinin qlobal iqtisadiyyatdakı payının yaxın onilliklərdə 10 faizə enəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, son illərdə mövcud qloballaşma modeli öz dövrünü başa vurub.

Rusiya Prezidenti Vladimir Putinin BRICS üzrə xüsusi nümayəndəsi vəzifəsini də icra edən Oreşkin bu fikirləri Moskvada keçirilən tədbirdə səsləndirib. O, 1980-ci illərdən etibarən G7 ölkələrinin dünya iqtisadiyyatındakı payının davamlı şəkildə azaldığını vurğulayıb və demoqrafik göstəricilərin də bu tendensiyanı gücləndirdiyini qeyd edib.

Oreşkinin sözlərinə görə, BRICS ölkələrinin qlobal iqtisadiyyatdakı payı artıq 40 faizə yüksəlib. O bildirib ki, 1990-cı illərdə beynəlxalq ticarət əsasən Qlobal Şimal ölkələri arasında aparıldığı halda, hazırda Qlobal Cənub ölkələrinin rolu getdikcə artır.

Rusiya rəsmisi əlavə edib ki, BRICS ölkələri üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac duymadan birbaşa qarşılıqlı ticarətə üstünlük verməyə başlayıblar və bu proses qlobal iqtisadi sistemdə mühüm struktur dəyişikliklərindən xəbər verir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью