Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukraynadakı hədəflərə kütləvi zərbə və 11 qrup hücumu həyata keçirib.
APA-nln Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr Ukrayna müdafiə sənayesi müəssisələrini, logistika mərkəzlərini, enerji və nəqliyyat infrastrukturu obyektlərini, qanadlı raketlərinin istehsal müəssisələrini və saxlama yerlərini hədəf alıb.
Qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son bir həftə ərzində Ukraynanlb dörd "Flaminqo" qanadlı raketini və 5315 dronunu vurub.
Bundan başqa, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinib Ukraynaya silah və hərbi texnika daşıyan 14 quru yük gəmisinə zərbə endirdiyi də bildirilib.
Rusiya MN Ukrayna ordusunun bu müddət ərzində xüsusi hərbi əməliyyat zonasında 7500-dən çox hərbçi itirdiyini açıqlayıb.