​Rusiya “SU 57” qırıcısını itirdi

23.07.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sosial mediada qəza yerindən foto yayımlanıb.

Hadisə Zveniqorod yaxınlığındakı Lutsino kəndi yaxınlığındakı tarlada baş verib. İddialara görə, bu, təlim uçuşu edən “Su-57” qırıcı təyyarəsidir.

İlkin məlumata görə, heyət katapult edib və itki olmayıb. Rusiya Müdafiə Nazirliyi hələlik məlumatla bağlı şərh verməyib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью